Dünya
ABŞ İran əleyhinə sanksiyalar siyahısını genişləndirib
ABŞ İrana qarşı tətbiq edilən sanksiyalar siyahısını genişləndirib. Yeni siyahıya doqquz tanker, 14 şirkət və üç fiziki şəxs daxil edilib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb. Sanksiyaya məruz qalan gəmilərdən altısı Panama, ikisi Kamerun, biri isə Mozambik bayrağı altında üzür. Siyahıya əlavə edilmiş fiziki şəxslərdən ikisi Hindistan, biri isə İran vətəndaşıdır. Sanksiya tətbiq edilən şirkətlər isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Hindistan və Marşall adalarında qeydiyyatdan keçiblər. Qeyd edək ki, bu məhdudiyyətlər 15 aprel 2026-cı il tarixində ABŞ-nin İrana qarşı tətbiq etdiyi genişmiqyaslı sanksiya paketinin bir hissəsidir.
Mənbə
oxu.az