Dünya
Pekin Cənubi Çin dənizindəki mübahisəli rifə girişi blokladı
Çin Skarboro rifi ərazisinə girişə nəzarəti gücləndirib. Oxu.Az bildirir ki, "Reuters" agentliyinin peyk görüntülərinə istinadən verdiyi məlumata görə, bu məqsədlə gəmilərdən və üzən baryerdən istifadə olunur. Agentliyin məlumatına görə, rif yaxınlığında bir neçə Çin balıqçı gəmisi, sahil mühafizəsinə və ya hərbi-dəniz qüvvələrinə məxsus gəmi, həmçinin keçidi bağlayan baryer qeydə alınıb. Bu addımlar Filippinlə artan gərginlik fonunda atılır. Filippin tərəfi yerli balıqçılara dəstək üçün öz gəmilərini bölgəyə göndərir. Skarboro rifi regionun ən mübahisəli ərazilərindən biri hesab olunur. Ərazi Filippinin müstəsna iqtisadi zonasında yerləşir, lakin Çin də buraya iddia edir və 2012-ci ildən faktiki olaraq nəzarəti əlində saxlayır.
Mənbə
oxu.az