Dünya
ABŞ Senatı İrana qarşı müharibəni dayandırmaq təklifini rədd etdi
ABŞ Konqresinin Senatı Ağ Ev administrasiyasını İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağıran qətnaməni rədd edib. Oxu.Az xəbər verir ki, sənədin lehinə 47, əleyhinə isə 52 senator səs verib. Qeyd olunur ki, analoji sənəd daha əvvəl Nümayəndələr Palatasında da bloklanmışdı. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb. Aprelin 7-də qarşılıqlı iki həftəlik atəşkəs elan olunub, lakin aprelin 11-də İslamabadda keçirilən danışıqlar nəticəsiz başa çatıb. ABŞ aprelin 13-dən etibarən İrana qarşı dəniz blokadası tətbiq edib.
Mənbə
oxu.az