Dünya
NATO Ukraynaya çoxmilyardlıq yardım vəd edib
Şimali Atlantika Alyansı (NATO) 2026-cı ildə Ukraynaya 60 milyard dollar həcmində hərbi yardım göstərməyi planlaşdırır. Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte bildirib. "Biz Ukraynaya lazım olan dəstəyi təmin etməliyik. Bütün müttəfiqlər bu il təhlükəsizlik və müdafiə sahəsində 60 milyard dollar hədəfinə çatmaq üçün investisiyaları artırmalıdır", - deyə o qeyd edib. Rütte vurğulayıb ki, Kiyevə dəstək hazırda hər zamankından daha vacibdir və əlavə edib ki, yük böyük olsa da, çox az ölkə onu çiynində daşıyır.
Mənbə
oxu.az