Dünya

Moldovanın MDB-dən rəsmən çıxacağı tarix bəlli oldu

15 Apr 2026, 16:20 1 baxış
Moldovanın MDB-dən rəsmən çıxacağı tarix bəlli oldu
Moldova 2027-ci ilin aprelində rəsmən Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Moldovanın xarici işlər naziri Mixay Popşoi məlumat verib. "Ölkə başçısı Maya Sandu tərəfindən Moldovanın MDB-də iştirakına dair sazişlərin denonsasiyası barədə parlamentin qərarları elan edildikdən sonra - aprelin 8-də Minskdəki katibliyə bildiriş göndərilib. Biz müvafiq sənədlərin alınması barədə təsdiq cavabı almışıq, 2027-ci ilin aprelində Moldova rəsmi şəkildə MDB-ni tərk etməlidir", - deyə nazir bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər