Kriminal
Bakıda yaşayış evindəki yanğının TƏFƏRRÜATI - FOTO - VİDEO
Bakıda yaşayış evində baş verən yanğının təfərrüatı məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Yasamal rayonu, Vidadi küçəsində yaşayan 1941-ci il təvəllüdlü Esmiralda Mikayıl qızı Əliyevaya məxsus evdə baş verən yanğına səbəb şam olub. Belə ki, ev sahibi mənzilində şam yandırıb və həmin şamı yana-yana çarpayının altına qoyub yatıb. Şamın alovundan mənzildəki yataq dəsti alışıb və alov evi bürüyüb. Hadisə nəticəsində iki otaqlı taxta konstruksiyalı mənzil tamamilə yanıb. Qonşuların köməyi ilə ev sahibi xilas edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Samir Əli Bakının Yasamal rayonunda yanğın başlayıb. Oxu.Az xəbər verir ki, hadisə Vidadi küçəsində fərdi yaşayış evində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Mənbə
oxu.az
Oxşar Xəbərlər