Kriminal
Minaya düşərək həlak olan agentlik əməkdaşının FOTOLARI
Bu gün Füzuli rayonu ərazisində faciəli hadisə baş verib. Oxu.Az "Yeni Sabah"a istinadən bildirir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 31 yaşlı əməkdaşı mina partlaması nəticəsində həlak olub. Həyatını itirən 31 yaşlı Muğan Rəfayıl oğlu Mətili evli olub, iki uşaq atası idi. O eyni zamanda musiqiçi idi, uzun müddət rayonun mədəniyyət mərkəzində qarmon müəllimi olub. M.Muğanın doğulduğu kəndin qəbiristanlığında dəfn olunacağı bildirilir.
{{gallery}} Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb. Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baş verib. Agentliyin əməkdaşı, 1995-ci il təvəllüdlü Muğan Rəfayıl oğlu Mətili xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində ANAMA əməkdaşı həlak olub.

Mənbə
oxu.az
Oxşar Xəbərlər