Kriminal

Xaçmazda 60 yaşlı kişi pilləkəndən yıxılıb öldü

14 Apr 2026, 10:08 1 baxış
Xaçmazda 60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Xaçmaz rayonunda 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saat 5 radələrində rayonun Qusarkənd kəndi ərazisində baş verib. Kənd sakini, 1966-cı il təvəllüdlü Telman Xasay oğlu Fərhadov yaşadığı evin həyətində pilləkənindən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılan T.Fərhadov orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər