Digər
İranda məqsədlərimizə nail olmuşuq, artıq... - Vens
ABŞ administrasiyası İrana qarşı həyata keçirilən hərbi əməliyyatın məqsədlərinə nail olunduğunu və münaqişənin mərhələli şəkildə başa çatdırılmasının mümkün olduğunu hesab edir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Foks Nyus” telekanalına müsahibəsində bildirib.
“Mən həqiqətən hesab edirəm ki, məqsədlərimizə çatdığımız bir mərhələdəyik. Artıq gərginliyin azaldılmasına başlaya bilərik”, – o qeyd edib.
Vitse-prezident əlavə edib ki, prosesin danışıqlar yolu ilə yekunlaşmasını daha məqsədəuyğun hesab edir:
“Bu prosesi uğurlu danışıqlarla başa vurmağa üstünlük verərdim”.
Mənbə
axar.az