Digər
Qərb ekspertlərindən Rusiya HHQ ilə bağlı - Xəbərdarlıq
Rusiya Hərbi Hava Qüvvələri Ukraynadakı müharibədən sonra NATO üçün təhlükəli hala gəlib.
Axar.az xəbər verir ki, bu barədə aviasiya üzrə avropalı mütəxəssislər “Biznes İnsayder”ə deyib.
Məqalədə qeyd olunur ki, Ukraynadakı münaqişə rus pilotlarına təkcə döyüş təcrübəsi qazandırmayıb, həm də onlara müasir müharibədən dərslər çıxarmağa imkan verib.
Ekspertlər əlavə ediblər ki, Rusiya silah sistemlərini əhəmiyyətli dərəcədə modernləşdirib və daha çox təyyarə istehsal etməyə başlayıb ki, bu da ölkənin ümumi döyüş hazırlığını artırır.
Bildirilib ki, NATO Rusiya Hərbi Hava Qüvvələrinə yanaşmasını yenidən nəzərdən keçirməlidir.
Mənbə
axar.az