Cəmiyyət

Sürücülərə təhlükəli anlar yaşadan körpü - VİDEO

14 Apr 2026, 05:00 2 baxış
Sürücülərə təhlükəli anlar yaşadan körpü - VİDEO
Bakı-Quba yolunun Siyəzənin Yenikənd kəndindən keçən hissəsində, Gilçay üzərindəki körpüdə yaranan vəziyyət sürücülərin narahatlığına səbəb olub. Körpü üzərindəki problem sürücülər üçün təhlükə mənbəyinə çevrilib. Sakinlər vəziyyəti Baku TV-yə belə şərh ediblər: "Maşınları pis günə qoyub. Hər gün buradan keçən avtomobillərin təkərləri partlayır. Üç-dörd gün olar. Hazırda dəmirlər üzdə qalıb".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, sözügedən ərazidə yaranmış problemdən xəbərdardırlar. Bu barədə agentliyə məlumat daxil olan kimi dərhal aidiyyəti üzrə tapşırıq verilib və problemin qısa müddətdə aradan qaldırılması təmin edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər