Digər

Sloveniya NATO-dan çıxmaqla bağlı referendum keçirəcək

14 Apr 2026, 01:14 1 baxış
Sloveniya NATO-dan çıxmaqla bağlı referendum keçirəcək

Sloveniya Dövlət Məclisinin (parlamentin aşağı palatası) yeni sədri, "Həqiqət" Partiyasının lideri Zoran Stevanoviç ölkənin NATO-nun tərkibindən çıxması ilə bağlı referendum keçirməyi planlaşdırır.


Axar.az xəbər verir ki, Stevanoviç bu barədə Sloveniya Radio və Televiziyasına bildirib.


"Deməliyəm ki, biz xalqa NATO-dan çıxmaq məsələsi ilə bağlı referendum vəd etmişik və bu referendumu keçirəcəyik", - parlamentin spikeri vurğulayıb.


Onun sözlərinə görə, Lyublyana müstəqil, suveren siyasət yürütməli, dövlətin maraqlarını prioritet olaraq qoruyub saxlamaqla bütün ölkələrlə əməkdaşlıq etməlidir:


"Biz başqalarının hərbi və diplomatik münaqişələrinə müdaxiləyə qəti şəkildə qarşı çıxacağıq, çünki Sloveniya bundan heç vaxt fayda görmür".

Mənbə axar.az

Oxşar Xəbərlər