Digər

Növbəti ABŞ-İran danışıqları harada keçiriləcək?

14 Apr 2026, 00:08 1 baxış
Növbəti ABŞ-İran danışıqları harada keçiriləcək?

ABŞ-İran danışıqlarının növbəti mərhələsi 16 aprel cümə axşamı günü Pakistanın paytaxtı İslamabadda keçiriləcək.


Axar.az xəbər verir ki, bu barədə "Atlantik" (The Atlantic) qəzetinin müstəqil yazarı Araş Əzizi özünün X səhifəsində məlumat yayıb.


"Tehrandakı mənbə mənə İran və ABŞ arasında birbaşa danışıqların növbəti mərhələsinin cümə axşamı İslamabadda keçiriləcəyini dedi", - Əzizi tarix və yeri açıqlayaraq bildirib.


Qeyd edək ki, bundan öncəki danışıqlar aprelin 11-də İslamabadda baş tutub. Danışıqlarda nəticə əldə olunmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər