Kriminal

Salyanda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

13 Apr 2026, 21:54 1 baxış
Salyanda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 52-ci kilometrliyində, yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri - 1980-ci il təvəllüdlü Vüsalə Səməd qızı Bədəlova, 1972-ci il təvəllüdlü Rəfail Əvəz oğlu Bədəlov, 2002-ci il təvəllüdlü Həsən Rəfail oğlu Bədəlov, 1967-ci il təvəllüdlü Elşən Şəmsəddin oğlu Axundov və Cəbrayıl rayon sakini - 1959-cu il təvəllüdlü Füzuli Ramazan oğlu İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər