Cəmiyyət

İdman qidası, yoxsa kimyəvi risk? - Mütəxəssislərdən XƏBƏRDARLIQ - VİDEO

13 Apr 2026, 22:00 2 baxış
İdman qidası, yoxsa kimyəvi risk? - Mütəxəssislərdən XƏBƏRDARLIQ - VİDEO
Son illər idman zallarına maraq artdıqca, paralel olaraq əsasən idmançıların istifadə etdiyi qida əlavələrinə də tələbat nəzərəçarpacaq dərəcədə yüksəlib. Oxu.Az xəbər verir ki, bu barədə İTV-nin videomaterialında deyilir. Sosial şəbəkələrdə idmançıya xas bədən görüntüləri, sürətli nəticə vəd edən reklamlar və məşqçi tövsiyələri bu məhsulları gündəlik həyatın bir hissəsinə çevirib. Bəs bu artan marağın arxasında nə dayanır? Və bu məhsullar nə dərəcədə təhlükəsizdir?
Mütəxəssislər deyirlər ki, insanların əksəriyyəti qısa zamanda nəticə əldə etmək istəyirlər. Bu isə onları bir çox hallarda qida əlavələrinə yönəldir. İdman zalına gələnlərin çoxu artıq məşqin ilk günlərindən etibarən müxtəlif əlavələrlə maraqlanır. Həkimlər isə məsələyə daha ehtiyatla yanaşırlar. Onların fikrincə, qida əlavələri dərman vasitəsi deyil və onların nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yarada bilər. Xüsusilə böyrək, qaraciyər və ürək-damar problemləri olan şəxslər üçün bu məhsullar daha təhlükəlidir. Belə ki, bəzi əlavələr orqanizmdə əlavə yük yaradır, maddələr mübadiləsini sürətləndirir və bu da uzunmüddətli istifadədə müxtəlif fəsadlara yol aça bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər