Kriminal

Salyanda ağır qəza: beş nəfər yaralandı

13 Apr 2026, 20:49 1 baxış
Salyanda ağır qəza: beş nəfər yaralandı

Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, hadisə axşam saat 19:00 radələrində qeydə alınıb. Qəza zamanı xəsarət alan 5 nəfər – R.Bədəlov, V.Bədəlova, H.Bədəlov, F.İsmayılov və E.Axundov dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı rəsmi araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər