Digər
Bu İran gəmiləri məhv ediləcək - Trampdan xəbərdarlıq
İran gəmiləri Hörmüz boğazında blokadanı yarmağa çalışsalar, dərhal məhv ediləcəklər.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçidlə bağlı tətbiq edilən blokadadan danışarkən deyib.
İranın 158 gəmidən ibarət hərbi donanmasının məhv edildiyini bildirən Tramp sürətli qayıqlarla bağlı da xəbərdarlıq edib:
“Bu gəmilərdən hər hansı biri blokadamızı yarmağa çalışsa, dərhal məhv ediləcək”.
Qeyd edək ki, bir az əvvəl ABŞ-ın Hörmüz boğazında İran gəmilərinə qarşı blokadası qüvvəyə minib.
Mənbə
axar.az