Digər

Pezeşkian Trampa qarşı Papanı müdafiə etdi

13 Apr 2026, 19:28 1 baxış
Pezeşkian Trampa qarşı Papanı müdafiə etdi

Papa XIV Leo cənabları, mən böyük İran xalqı adından sizin (ABŞ Prezidenti Donald Tramp tərəfindən - red.) təhqir olunmağınızı pisləyirəm və bəyan edirəm ki, sülh və qardaşlıq peyğəmbəri - İsanın təhqir olunması istənilən azad insan üçün qəbuledilməzdir. Allahdan sizə cansağlığı arzulayıram.


Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian X hesabında yazıb.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonun siyasətini tənqid edib. O, xüsusilə Papanın ABŞ-ın bəzi addımlarını dəstəkləməməsindən narazı olduğunu vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər