Digər

Orbanın əsas məğlubiyyət səbəbi bu idi - Magyar

13 Apr 2026, 17:57 1 baxış
Orbanın əsas məğlubiyyət səbəbi bu idi - Magyar

Kreml və Pekin öz sözünü dedi. Macarıstan seçicilərinin, macar xalqının qərarını hörmətlə qəbul etdiklərinə görə onlara təşəkkür edirəm.


Axar.az xəbər verir ki, bunu Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn Tisa Partiyasının rəhbəri Peter Magyar deyib.


“Viktor Orban şahmat oyunu oynayırdı və bu, yəqin ki, onun məğlubiyyətinin səbəblərindən biri idi. O, hər şeydən danışırdı: Ukrayna, Rusiya, İran, İran şahı, İran ayətullahı, ABŞ prezident seçkiləri.


Yəqin ki, yuxudan oyansaydı, ABŞ prezident seçkilərində Donald Trampın yox, özünün qalib gəldiyini deyərdi. Viktor Orban Macarıstan xalqına təsir edən problemlərdən başqa hər şeydən danışdı.


Biz başqa ölkələrin daxili işlərinə qarışmaqdan çəkinəcəyik. Biz bütün ölkələrdən Macarıstan üçün də eyni şeyi istəyirik”, - Magyar vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər