Cəmiyyət
Bir nazir prorektoru işdən çıxardı, digəri YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO
Maliyyə Nazirliyində yeni kadr təyinatı olub. Oxu.Az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nəsimi Zakir oğlu İsmayılov qurumun Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi məsələlər üzrə prorektoru Nəsimi İsmayılov vəzifəsindən azad olunub. Oxu.Az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. N.İsmayılov başqa sahəyə keçməsi ilə əlaqədar işdən çıxmaqla bağlı ərizə yazıb. Nazir onun ərizəsini qəbul edib.
Mənbə
oxu.az