Cəmiyyət

Mehman Nəsibov dövlət agentliyində yüksək vəzifəyə təyin edildi - FOTO

13 Apr 2026, 15:12 2 baxış
Mehman Nəsibov dövlət agentliyində yüksək vəzifəyə təyin edildi - FOTO
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində yeni təyinat olub. Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Mehman Nəsibov agentliyin Rəqəmsal Həllər şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub. Qeyd edək ki, M.Nəsibov 2009-cu ildən Agentlikdə çalışır. O, bu illər ərzində baş məsləhətçi, şöbə müdiri vəzifələrində işləyib. M.Nəsibov ötən il Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Mehman Nəsibov dövlət agentliyində yüksək vəzifəyə təyin edildi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər