Cəmiyyət

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək

13 Apr 2026, 14:16 2 baxış
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək
18 və 19 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb. Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər