Cəmiyyət
Xınalıq yolundakı "qar divar"lar - FOTOREPORTAJ
Qubanın dağlıq ərazilərinə qar yağır. Hazırda Xınalıq kəndində qar örtüyünün hündürlüyü 10 santimetrə çatır. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ötən günlərdən yağan qar Quba rayonunun Susay-Xınalıq avtomobil yolunda maraqlı mənzərə yaradıb. Susay və Qalaxudat kəndləri istiqamətində yolun bəzi çökək hissələrində qar örtüyünün hündürlüyü 3 metrə çatır. Qar kütləsi texnika vasitəsilə yolun hərəkət hissəsindən təmizlənsə də, kənarlarda "qar divarları" qalmaqdadır. Bu mənzərəni bəzi yerlərdə bir kilometrədək məsafədə müşahidə etmək olar. Həmin ərazidən çəkilən fotoları təqdim edirik.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az