Cəmiyyət

Elmi Cərrahiyyə Mərkəzi qanunsuz ağac kəsilməsi iddialarına CAVAB VERDİ - FOTO

13 Apr 2026, 12:40 2 baxış
Elmi Cərrahiyyə Mərkəzi qanunsuz ağac kəsilməsi iddialarına CAVAB VERDİ - FOTO
"Instagram" platformasında Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi PHŞ (publik hüquqi şəxs) ilə bağlı guya qanunsuz ağac kəsilməsi barədə həqiqəti əks etdirməyən məlumat paylaşılıb". Bu barədə Oxu.Az-a Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən bildirilib: "Bununla bağlı qeyd edirik ki, ərazidən götürülən ağaclar köküstü quru və qəzalı vəziyyətdə olanlardır, onların kəsilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib. Ağacların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilmiş rəy və müvafiq komissiya qərarları əsasında reallaşdırılıb. Bu barədə rəy, protokollar, yaşıllıqların götürülməsi üzrə komissiyanın qərarı və foto materiallar mövcuddur. Bundan əlavə, ərazidən götürülən ağacların əvəzinə yeniləri əkilib. Buna aid fotoşəkillər təqdim edilir".
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər