Cəmiyyət

Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlandı

13 Apr 2026, 12:18 2 baxış
Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (06.04.2026 – 12.04.2026) məlumat açıqlanıb.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Axar.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 144 piyada əleyhinə mina, 47 tank əleyhinə mina, 1661 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.


Bildirilib ki, 2 052.05 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Mənbə axar.az

Oxşar Xəbərlər