Cəmiyyət
Masazırda su xətti partladı: İçməli su günlərdir ki, yola axır
Abşeron rayonu, Masazır kəndi, Hacı Zeynalabdin Tağıyev küçəsində su xətti sıradan çıxdığı üçün ciddi kommunal problem yaşanır. Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, içməli su bir həftədən çoxdur ki, fasiləsiz şəkildə yola axır.
{{gallery}} Sakinlərin sözlərinə görə, qonşular öz imkanları ilə qəza yerinə taxta və daş qoyaraq suyun qarşısını qismən almağa çalışıblar. Onlar qeyd edirlər ki, bu hal həm içməli su itkisinə, həm də yol infrastrukturunun sıradan çıxmasına səbəb olur. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Mənbə
oxu.az