Cəmiyyət
Masazırda yol BAĞLANIB: Beton maneə sürücülərə problem yaradır - VİDEO
Abşeron rayonunun Masazır kəndində sürücülər üçün ciddi problem yaranıb. Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, kəndin içərisindən keçərək Sumqayıt istiqamətinə gedən yola beton maneə qoyulub.
"Artıq bir neçə gündür sözügedən küçədəki beton maneə buradan Bakı-Sumqayıt yoluna çıxışı məhdudlaşdırır. Nəticədə daha uzun marşrutlardan istifadə etməyə məcbur qalırıq. Maneənin ərazidən götürülməsi ilə bağlı isə heç bir tədbir görülmür", - deyə məlumatda bildirilir. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Mənbə
oxu.az