Cəmiyyət
Bakı, Abşeron və Xaçmazda suçəkmə işləri həyata keçirilir - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri davam etdirilir. Oxu.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, hazırda Bakı şəhərinin Xəzər, Nizami, Sabunçu, və Səbail rayonlarında, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.
Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən görülür.
Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən görülür.
Mənbə
oxu.az