Cəmiyyət
Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, Fuad Hemdullayev VAZ-2107 markalı avtomobillə Xaçmaz rayonu, Həsənqala kəndindən rayonun Qusarçay kəndi istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 1989-cu il təvəllüdlü İzzət Cəlilovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə
axar.az