Cəmiyyət
MTK və sakinlər arasında qarşıdurma: "Binada nə qaz, nə su, nə də işıq var"
Tbilisi prospekti, 1058 ünvanında yerləşən çoxmərtəbəli kompleksin sakinləri "İşıq İnşaat" MTK-nın borcları səbəbindən ciddi çətinliklərlə üzləşiblər. Baku TV-nin xəbərinə görə, sakinlər MTK-nın ödənişləri vaxtında etməməsi və borcların yığılması nəticəsində qaz, su, istilik və işıq təchizatında problem yaşadıqlarını bildiriblər.
"Ödənişlərimizi vaxtlı-vaxtında etməyimizə baxmayaraq, MTK tərəfindən borclar vaxtında ödənilməyib. Hazırda binada nə qaz, nə su, nə də işıq var. MTK ilə bu kimi problemləri dəfələrlə yaşamışıq", - deyə sakinlərdən biri vəziyyəti izah edib.

Mənbə
oxu.az