Cəmiyyət

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

10 Apr 2026, 17:05 2 baxış
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır.


Bu barədə Axar.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.


Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 13-20 aprel tarixlərində keçiriləcək.


Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.


Sənəd qəbulu 13 aprel saat 11:00-dan 20 aprel saat 11:00-dək davam edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər