Cəmiyyət

Bu tarixə kimi yağış yağacaq - Xəbərdarlıq

10 Apr 2026, 16:53 2 baxış
Bu tarixə kimi yağış yağacaq - Xəbərdarlıq

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 11-i axşam və 12-də, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.


Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.


Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Mənbə axar.az

Oxşar Xəbərlər