Cəmiyyət
Nardaranda su xətti partlayıb, 22 gündür küçəyə axır - Sakinlərdən NARAZILIQ
Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları ərazisində ciddi kommunal problem yaşanır. Oxu.Az-a daxil olan məlumata görə, "Sea Breeze" istiqamətində gedən əsas yolun sağ kənarında, 15-ci dalanın giriş hissəsində su xətti partlayıb. Sakinlərin sözlərinə görə, artıq 22 gündür əraziyə su axını davam edir.
Göndərilən görüntülərdən də aydın olur ki, su yolun kənarı ilə axaraq həm əsas yol hissəsinə, həm də dalana dolur. Bu səbəbdən dalana giriş, demək olar ki, bağlanıb, ərazi palçıqlı və keçilməz vəziyyətə düşüb. Yol boyunca suyun toplanması nəqliyyatın hərəkətini də çətinləşdirib. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə dəfələrlə məlumat verilsə də, problem aradan qaldırılmayıb. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
{{gallery}}

Mənbə
oxu.az