Cəmiyyət
Nikaha daxil olmaq üçün tələb olunan sənədlərin sayı artırıla bilər
Azərbaycanda nikaha daxil olmaq üçün tələb edilən sənədlərin sayının artırılması təklif olunur. Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib. O, nikah zamanı narkoloji asılılığın olub-olmadığı barədə arayışın tələb olunmasını vacibliyindən bəhs edib: "Nikah bağlanarkən tibbi arayışla yanaşı, narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəyin də təqdim olunması məqsədəuyğun olardı. Təəssüf ki, bəzi hallarda şəxsdə narkoloji asılılığının olduğu nikahdan sonra müəyyən edilir və bu da ailələrin dağılmasına səbəb olur. Sözügedən hal öncədən müəyyən edilərsə, boşanmaların sayı da azala bilər".
Mənbə
oxu.az