Cəmiyyət
Aydın Dəmirovun 2,8 milyonluq əmlakı müsadirə olundu - Foto
Bakının Keşlə qəsəbəsində yerləşən 2,8 milyon manat dəyərində olan ət kəsimi sexi müsadirə edilib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 1603.2 kvadrat metr ərazisi olan obyekt “Aztəsərrüfat” MMC-yə məxsusdur.
Şirkətin rəsmi saytına əsasən, qurumun baş direktoru Aydın Dəmirovdur.
Qeyd edək ki, Aztəsərrüfat MMC 2016 -cı ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisəsində emalından ibarətdir.
Mənbə
axar.az