Cəmiyyət

Tiflis prospektində yeni qayda: "qırmızı"da dönmək olar - Video

10 Apr 2026, 12:24 2 baxış
Tiflis prospektində yeni qayda: "qırmızı"da dönmək olar - Video

Əbdülvahab Salamzadə küçəsindən sağa, Tiflis prospektinə qırmızı işıqda da dönmək mümkündür.


Axar.az xəbər verir ki, bu sözləri DJ Tural (Yusifov) Tiflis prospektində tətbiq olunan yeni nizamlanma ilə bağlı sosial şəbəkə hesabında qeyd edib.


“Bir çox sürücünün bundan xəbəri yoxdur və gəlib qırmızı işıqda dayanır. Amma bu yolda “yol verərək dönmək olar” işarəsi var. Yəni qırmızı işıqda yol verərək sağa dönmək olar. Bəziləri gəlir, sağa dönmək istədiyi halda qırmızıda dayanır. Düzdür, işarə çox yuxarıdadır. Ən məntiqlisi sağa dönmə seksiyasının qoyulması olardı. Əgər bu işarəni görürsünüzsə, dönməlisiniz”, - o qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər