Cəmiyyət

Bakıda zabit faciəvi şəkildə öldü - Foto

09 Apr 2026, 16:13 2 baxış
Bakıda zabit faciəvi şəkildə öldü - Foto

Bakının Xətai rayonunda kişi binadan yıxılaraq ölüb.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bədbəxt hadisə nəticəsində həyatını itirən Müzəffər İlham oğlu Aydınlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq əməkdaşı olub.


“Müzəffər Aydınlı 2 il əvvəl - 2024-cü ilin aprel ayından öz arzusu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ehtiyata buraxılıb. Dövlət Xidməti adından ailəsinə və yaxınlarına başsağlığı veririk”, - Səfərbərlik Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.


Qeyd edək ki, ehtiyatda olan mərhum leytenantın nəşi bu gün Naxçıvana aparılacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər