Cəmiyyət

Çoxuşaqlı bioloji və qeyri-bioloji anaların DİQQƏTİNƏ - Yenilik gözlənilir

09 Apr 2026, 16:01 2 baxış
Çoxuşaqlı bioloji və qeyri-bioloji anaların DİQQƏTİNƏ - Yenilik gözlənilir
Beş və daha çox uşağı doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb 8 yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara yaşa görə aylıq sosial müavinətin təyin edilməsi üzrə arayışın verilməsində yenilik ediləcək. Oxu.Az-ın məlumatına görə, bu ilin mayına qədər xidmətin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası təmin olunacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xidmətin "mygov" platformasında istifadəyə verilməsini (istismar mühitində) təmin etməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər