Cəmiyyət

3 ayda 10 min uşağa reabilitasiya xidmətləri göstərilib

09 Apr 2026, 15:36 2 baxış
3 ayda 10 min uşağa reabilitasiya xidmətləri göstərilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzləri tərəfindən bu ilin yanvar-mart aylarında 10 min uşağa reabilitasiya xidmətləri göstərilib.


Axar.az xəbər verir ki, bu kateqoriyaya aid uşaqlar Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər