Cəmiyyət

Cari ilin ilk rübündə Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı AÇIQLANDI

09 Apr 2026, 14:09 2 baxış
Cari ilin ilk rübündə Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı AÇIQLANDI
2026-cı ilin üç ayı ərzində 383 Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib. Oxu.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 2025-ci ilin ilk üç ayı ərzində bu cür nikahların sayı 483 olub. Məlumat üçün bildiririk ki, əcnəbilər daha çox Türkiyə, Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər