Cəmiyyət

Gəncə və Şəki kolleclərinə yeni rəhbər təyinatları olub - FOTO

09 Apr 2026, 11:16 2 baxış
Gəncə və Şəki kolleclərinə yeni rəhbər təyinatları olub - FOTO
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) rəhbərinin müvafiq əmri ilə Günel Mustafayeva Şəki Dövlət Regional Kollecinin tədris işləri üzrə direktor müavini, Xəyal Poladov isə Gəncə Regional Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar. Oxu.Az xəbər verir ki, bu barədə EATDA məlumat yayıb. Bildirilib ki, Günel Mustafayeva ali təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında tarix ixtisası üzrə alıb.
O, əmək fəaliyyətinə 2007-ci ildə Şəki rayonu Aşağı Göynük kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimi olaraq başlayıb və 2020-ci ilədək fəaliyyətini davam etdirib. 2020-ci ildən etibarən son təyinatadək həmin müəssisədə direktor vəzifəsində çalışıb. G.Mustafayeva müxtəlif ixtisasartırma proqramlarında və layihələrdə iştirak edib, ADA Universitetinin "Bir müəllimin manifesti" təhsil proqramını, "İnnovativ məktəb direktorları" layihəsini uğurla başa vurub.
Qeyd edilib ki, Xəyal Poladov ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində coğrafiya müəllimliyi ixtisası üzrə alıb. O, əmək fəaliyyətinə 2006-cı ildə Tovuz rayonu X.Cəfərov adına tam orta məktəbdə coğrafiya müəllimi kimi başlayıb, 2009-2022-ci illərdə Tovuz rayonu R.Alıyev adına tam orta məktəbdə fəaliyyətini davam etdirib. 2022-ci ildən etibarən son təyinatadək Tovuz rayonu Yanıqlı kənd tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində çalışıb.
Gəncə və Şəki kolleclərinə yeni rəhbər təyinatları olub - FOTO Gəncə və Şəki kolleclərinə yeni rəhbər təyinatları olub - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər