Cəmiyyət
Sumqayıtda dəm qazından zəhərlənən uşaqların vəziyyəti AÇIQLANDI
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Açıqlamada qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 2 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir: "Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Yoluxucu xəstəliklər şöbəsində müalicəsi davam etdirilən 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil qiymətləndirilir".
Mənbə
oxu.az