Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto
Lənkəranda çürümüş ağac avtomobilin üzərinə aşıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt–Astara magistralında, rayonun Parakənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, Astara rayonunun Təngərüd kənd sakini, 59 yaşlı Müzəffərovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən yol kənarındakı çürümüş ağac qəfil aşaraq nəqliyyat vasitəsinin üzərinə düşüb. Nəticədə avtomobildə sərnişin qismində olan sürücünün qızı, 38 yaşlı Nüşabə Müzəffərova və onun qayınanası, 66 yaşlı Təzəgül Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar. Onlara zəruri ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.