Cəmiyyət
Ölkədə yaşı 100 və daha yuxarı olan neçə insan var?
Azərbaycanda yaşı 100 və daha yuxarı olan şəxslərin sayı açıqlanıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunur ki, bu ilin yanvarına olan vəziyyətə əsasən, ölkə üzrə 100 və yuxarı yaşda əhalinin ümumi sayı 1 471 nəfər (629 kişi, 842 qadın) qeydə alınıb.
Mənbə
oxu.az