Cəmiyyət
Cari ildə 74 uşağın müəssisəyə verilməsinin qarşısı alınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin ilk rübündə də həssas kateqoriyadan olan ailələrə səfərlər edilib və ilkin qiymətləndirmə aparılaraq müvafiq dəstək tədbirləri göstərilib. Oxu.Az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Bildirilib ki, görülən qabaqlayıcı sosial dəstək tədbirləri nəticəsində 74 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. Həmin uşaqlardan 30-u oğlan, 44-ü qızdır. Eyni zamanda, qeyd edilən dövrdə valideyn himayəsindən məhrum olmuş 28 uşaq ailə himayəsinə qaytarılıb. Onlardan 13-ü oğlan, 15-i isə qızdır.
Mənbə
oxu.az