Dünya

Dünyanın ən böyük film şirkətlərindən biri yüzlərlə əməkdaşını ixtisar edəcək

08 Apr 2026, 13:40 1 baxış
Dünyanın ən böyük film şirkətlərindən biri yüzlərlə əməkdaşını ixtisar edəcək
12 mindən çox işçisi olan dünyanın ən böyük film şirkətlərindən sayılan "Sony Pictures Entertainment" yüzlərlə işçisini ixtisar etməyi planlaşdırır. Oxu.Az bu barədə "Variety"yə istinadən xəbər verir. Məlumata görə, ixtisarlar növbəti bir neçə ay ərzində dünya üzrə oyun şoularının və qeyri-bədii televiziya departamentinin işçilərini də əhatə edəcək. Qərar xərclərə qənaət məqsədilə verilib. Bundan əlavə, qeyd olunub ki, komediya layihələrinin inkişafı üzrə icraçı vitse-prezident Kolin Devisin də vəzifəsi ixtisara düşəcək. "Sony Pictures Entertainment"in baş direktoru Ravi Ahuja bildirib ki, şirkət franşiza inkişaf strategiyası və brendin genişləndirilməsi sahələrində böyüməni hədəfləyir. Bu da təbii olaraq, şirkətin strukturunda və investisiya məqsədlərində dəyişikliklər tələb edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər