Dünya
Dağıstanda kütləvi zəhərlənmə: Çox sayda uşaq xəstəxanaya yerləşdirildi
Dağıstandakı (Rusiya) Karabudaxkent Mərkəzi Rayon Xəstəxanasına içməli sudan zəhərlənmə nəticəsində 35 nəfər yerləşdirilib, onlardan 27-si uşaqdır. Oxu.Az-ın RBC-yə istinadən xəbərinə görə, bu barədə respublikanın Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, zərərçəkənlərdə qastroenterit - viruslar (rotavirus, norovirus), bakteriyalar (salmonella, E.coli) və ya parazitlər tərəfindən törədilən mədənin və nazik bağırsağın selikli qişasının iltihabı əlamətləri aşkarlanıb. "Xəstəxanada mövcud tövsiyələrə uyğun olaraq müalicə üçün bütün lazımi şərait yaradılıb. Federal ekspertlər göstərilən tibbi yardımın keyfiyyətini qiymətləndirib və hepatit A peyvəndinin əlavə partiyasının ayrılmasına köməklik göstəriblər", - deyə məlumatda bildirilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər