Cəmiyyət
Metronun "28 May" stansiyasının yaxınlığında TƏHLÜKƏLİ VƏZİYYƏT: Eyvan hər an uça bilər - VİDEO
Metronun "28 May" stansiyasının yaxınlığında yerləşən binalardan birində təhlükəli vəziyyət yaranıb. Bu barədə Oxu.Az-a daxil olan müraciətdə bildirilib. Qeyd olunub ki, binada eyvanlardan biri konstruksiyadan aralanıb və digər eyvanlarla müqayisədə nəzərəçarpacaq dərəcədə əyilib. Redaksiyamıza təqdim olunan görüntülərdə də eyvanın bir hissəsinin boşaldığı, konstruksiyanın isə təhlükəli şəkildə irəli doğru əyildiyi aydın görünür.
Vətəndaşların sözlərinə görə, ərazidən gün ərzində çox sayda insan keçdiyi üçün mövcud vəziyyət ciddi risk yaradır. Onlar bildirirlər ki, eyvanın hər an uçmaq ehtimalı var. Qeyd edək ki, təqdim olunan digər kadrlarda ərazi ətrafında sıx hərəkətlilik müşahidə olunur ki, bu da potensial təhlükəni daha da artırır. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Mənbə
oxu.az