Cəmiyyət

Xəzərdə daha bir zəlzələ oldu

08 Apr 2026, 13:43 2 baxış
Xəzərdə daha bir zəlzələ oldu

13:16


Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.


Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.


Zəlzələ ocağı Lənkəran şəhərindən 58 km məsafədə olub.


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçala 4-3 bal hiss olunub. Yeraltı təkanlar isə 70 km dərinlikdə qeydə alınıb.


***


Xəzər dənizində növbəti dəfə zəlzələ olub.


Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.


Bildirilib ki, zəlzələnin maqnitudası 3.2, dərinliyi 20 km olub.

Mənbə axar.az

Oxşar Xəbərlər