Cəmiyyət

"Həzi Aslanov" stansiyasında dalan yolunun tikintisi nə zaman yekunlaşacaq?

08 Apr 2026, 12:26 2 baxış
"Həzi Aslanov" stansiyasında dalan yolunun tikintisi nə zaman yekunlaşacaq?
"Bakı metrosunun "Həzi Aslanov" stansiyasında dalan yolunun tikintisi 2026-ci ilin sentyabrına kimi başa çatacaq". Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Tikinti layihələrinin idarəolunması departamentinin rəisi Məmməd Rzayev deyib. O bildirib ki, "Əhmədli" və "Həzi Aslanov" stansiyaları arasında aparılan tikinti işləri yekun mərhələdədir: "Layihə çərçivəsində işlərin bu ilin sentyabrına qədər tamamlanması nəzərdə tutulur. Tikinti başa çatdıqdan sonra qatarların hərəkəti əvvəlki qaydada bərpa ediləcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər